Abşeron rayonunda fəaliyyət göstərən özəl reabilitasiya mərkəzində bir şəxs müəmmalı şəraitdə həyatını itirib.
Hadisə iyunun 12-si saat 9 radələrində Goradil qəsəbəsində yerləşən "Reself Lite" reabilitasiya mərkəzində baş verib.
Zaqatala rayon sakini, 1985-ci il təvəllüdlü Ə.Ramazanov orada müalicə alarkən naməlum səbəbdən ölüb. Məlumata görə, o, bir müddətdir bu mərkəzdə müalicə olunurdu.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma başlanılıb.











